"Ajaks" rəhbərliyi Con Heytinqa ilə danışıqlar aparır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.
41 yaşlı Heytinqa "Liverpul"da Arne Slotun köməkçisidir. İngiltərə təmsilçisi mütəxəssisə Amsterdam klubu ilə danışıqlar aparmağa icazə verib. Niderlandlı artıq 2023-cü ildə "Ayaks"ı çalışdırıb.
Amsterdam klubu ilkin 2017-2022-ci illərdə komandanı çalışdırmış Erik ten Haqın baş məşqçi postuna qayıdışına ümid edirdi. Ancaq o, "Bayer"in təklifini dəyərləndirib.
Qeyd edək ki, "Ayaks" 2024/25 mövsümünü vitse-çempion kimi başa vurub və Çempionlar Liqasının ümumi mərhələsinə vəsiqə qazanıb.