Oliver Qlasner Premyer Liqada sentyabr ayının ən yaxşı məşqçisi seçilib. Sport24.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
"Kristal Pelas"a rəhbərlik edən avstriyalı karyerasında ilk dəfə Premyer Liqada ayın məşqçisi mükafatını qazanıb.
Namizədlər arasında həmçinin Mikel Arteta (Arsenal), Pep Qvardiola (Mançester Siti) və Regis Le Bris (Sanderlend) yer alırdı.
Qeyd edək ki, "Kristal Pelas" sentyabrın ilk oyununda "Sanderlend"lə qolsuz heç-heçə edib, sonra "Vest Hem"ə və "Liverpul"a eyni hesabla (2:1) qalib gəlib. Avstriyalı mütəxəssisin komandası ötən ay məğlubiyyət acısı dadmayan yeganə kollektiv olub.