Avro-2024-ün qalibi olan İspaniya millisi bu turnirdə maksimum gəlir əldə edib. Sport24.az xəbər verir ki, finalda İngiltərəni məğlub edən (2:1) yığma yarışda iştirak etdiyinə görə 9,25 milyon avro qazanıb. Qrup mərhələsindəki 3 qələbə İspaniya 3 milyon əldə edib. 

 

"Buğalar" 1/8 finaldakı qələbəyə 1,5 milyon, 1/4 finaldakı qalibiyyətə görə isə 2,5 milyon avro əldə edib. Yarımfinaldan 4 milyon aVro qazanan ispanlar turnirin çempionu olduqları üçün 8 milyon da qazanıblar. 

 

UEFA-nın rəsmi saytında yer alan maddəyə görə, qrup mərhələsindəki hər üç matçda qələbə qazanaraq çempion olan komanda maksimum mükafata  - 28,25 milyon avroya sahib olur.  Bu da o deməkdir ki, İspaniya millisi UEFA-dan 28,25 milyon  avro alacaq.

 

Avro-2024-ün 2-cisi olan İngiltərə millisi isə 24 milyon avro qazanıb.