"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne mövsümün sonunda komandasını dəyişə bilər. Sport24.az xəbər verir ki, "Atletiko" belçikalı futbolçu ilə maraqlanır.

 

Madrid klubu yarımmüdafiəçini azad agent kimi sıralarına qatmaq istəyir.

 

Qeyd edək ki, De Bruyne 2015-ci ildən "şəhərlilər"in formasını geyinir. Belçikalı cari mövsümdə 20 matçda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.