"Mançester Yunayted" "Atalanta"nın futbolçusu Edersonun transferinə yaxındır. Sport24.az "Sky Sports"a istinadən xəbər verir ki, İngiltərə nəhəngi braziliyalı yarımmüdafiəçi üçün danışıqları artıq son mərhələyə çatdırıb.
Mənbənin sözlərinə görə, klublar arasında transfer qiyməti ilə bağlı hələ müəyyən fikir ayrılığı qalmaqdadır. Berqamo təmsilçisi ulduz oyunçusu üçün 45 milyon avro tələb edir. Buna baxmayaraq, tərəflərin daha uyğun məbləğ qarşılığında yaxın zamanda ortaq məxrəcə gələcəyi gözlənilir.
Qeyd edək ki, "qırmızı şeytanlar" Edersonla yanaşı alternatif variantları da diqqətdə saxlayır. Mançester təmsilçisinin maraq dairəsində Karlos Baleba və Mateus Fernandes kimi gənc istedadlar da yer alır.