Misli Premyer Liqasında sonuncu turun oyunlarını stadionlar izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az-ın məlumatına görə, altı matçda ümumilikdə 8750 tamaşaçı qeydə alınıb.
"Qəbələ" - "Şamaxı" (3:1) qarşılaşmasında 700, "Turan Tovuz" - "Sabah" (1:2) görüşündə 450, "Sumqayıt" - "Qarabağ" (3:4) duelində 6800, "Kəpəz" - "Neftçi" (0:1) oyununda 500, "Araz-Naxçıvan" - "Zirə" matçında (3:2) 200, "İmişli" - "Karvan-Yevlax" görüşündə (1:1) 100 tərəfdar olub.
Qeyd edək ki, Premyer Liqada növbəti mövsümə avqustda start veriləcək.