"Sumqayıt"la birlikdə mövsümü başa vurduq". Sport24.az xəbər verir ki, bu sözləri "kimyaçılar"ın baş məşqçisi Saşa İliç sosial şəbəkə hesabında yazıb.
47 yaşlı mütəxəssisin paylaşımı "gənclik şəhəri" təmsilçisi ilə vidalaşması anlamına gəlib:
"Bizə etibar etdikləri üçün, yaradılan fürsətə görə təşəkkür edirəm. Kluba və işçi heyətinə minnətdaram. Özümüzlə unudulmaz xatirələr aparırıq".
Qeyd edək ki, mövsümün əvvəlindən "Sumqayıt"a işləyən Saşa İliçlə 1 illik müqavilə imzalanmışdı.