"Bavariya"nın hücumçusu Harri Keyn 2025/26 mövsümünün yükunlarına əsasən "Qızıl buts" mükafatını alacaq. Sport24.az xəbər verir ki, 32 yaşlı ingilis forvard Bundesliqada 31 oyunda 36 qol (72 xal) vurub.
İkinci yeri Erlinq Haland tutub. "Mançester Siti"nin hücumçusu Premyer Liqada 27 dəfə (54 xal) fərqlənib. "Real"ın forvardı Kilian Mbappe La Liqada 25 qol (50 xal) ilə ilk "üçlüy"ü tamamlayıb.
Qeyd edək ki, bu, Keynin ikinci "Qızıl buts" mükafatıdır. O, həmçinin "Babariya"da debüt mövsümündə (2023/24) 36 qol vurub.