"Kəpəz" legioneri ilə Dioqo Verdaska ilə müqaviləni yeniləyib. Sport24.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi ilə 2 illik anlaşma imzalanıb.   Qeyd edək ki, Dioqo son çempionatda 28 oyun keçirərək 1 qol vurub. Verdaska 2024-2025-ci il mövsümündə də "Kəpəz"in formasını geyinib.