Roberto De Zerbi gələcək mövsüm üçün iddialı açıqlama verib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis yay transfer dönəmində komandanın ciddi şəkildə gücləndirilməsinin vacib olduğunu bildirib.

​O, rəhbərlikdən yüksək səviyyəli futbolçuların transfer edilməsini gözlədiyini vurğulayıb:

"Gələn mövsüm üçün çox güclü komanda qurmalıyıq. Azarkeşlər və klub daha artığına layiqdir. Bu mövsüm həm rəhbərlik, həm də komanda çox əziyyət çəkdi".

Qeyd edək ki, "Tottenhem" Premyer Liqanı 17-ci pillədə başa vuraraq son turda "Everton" üzərində qələbə sayəsində elitanı tərk etməkdən xilas olub.