Bruno Fernandes "Mançester Yunayted" forması ilə əlamətdar göstəriciyə imza atıb. Sport24.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi İngiltərə çempionatında yeni məhsuldar ötürmə rekorduna imza atıb.

O buna Premyer Liqanın son turunda "Brayton" matçında (3:0) nail olub.

Bununla da mövsüm ərzində aktivinə 21 assist yazdıran 31 yaşlı futbolçu, daha əvvəl Tyeri Henri və Kevin De Brüyneyə məxsus olan rekordu geridə qoymağı bacarıb.