"Real"ın prezident seçkilərində Enrike Rikelme namizəd kimi qeydiyyatdan keçib. Sport24.az xəbər verir ki, bu barədə "Real Madrid İnfo" məlumat yayıb.

 

"Kral klubu"nda prezident seçkiləri iyun 7-si, bazar günü baş tuta bilər. Seçkilərin mayın 31-də də keçirilməsi ehtimalı da nəzərdən keçirilir.

 

Qeyd edək ki, Rikelme klubun hazırkı prezidenti Florentino Peresdən ən azı bir debat keçirməsini tələb etmək niyyətindədir.