"Sanderlend" Premyer Liqanın son oyununda "Çelsi"ni 2-1 hesabı ilə məğlub edərək növbəti mövsüm Avropa Liqasına vəsiqə qazanıb. Sport24.az xəbər verir ki, bu qələbə sayəsində komanda mövsümü 7-ci yerdə bitirib. 

 

Bununla da "Sanderlend" 53 ildən sonra ilk dəfə qitəmiqyaslı turnirdə iştirak edəcək. İngiltərə klubu sonuncu dəfə beynəlxalq yarışlarda ölkə kubokunun qalibi kimi 1973/74 mövsümündə iştirak etmişdi. 

 

Qeyd edək ki, "Sanderlend" bu mövsüm Çempionşipdən Premyer Liqaya yüksələib.