İngiltərənin "Aston Villa" klubu gələcəyə yönəlik mühüm transferi rəsmiləşdirməyə yaxındır. Sport24.az xəbər verir ki, Birmingem təmsilçisi Fransanın "Mets" klubunda çıxış edən, 2009-cu il təvəllüdlü istedadlı hücumçu Brayn Madjonun transferi ilə bağlı razılıq əldə edib.

Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Avropanın ən istedadlı gənc forvardlarından sayılan Brayn Madjonun keçidi "Aston Villa"ya 12 milyon avroya başa gəlib. 16 yaşlı hücumçu ilə İngiltərə klubu 5 il müddətinə müqavilə imzalayıb.

Qeyd edək ki, Brayn Madjo "Mets"in öz yetirməsidir. İngiltərə U-17 millisinin üzvü Fransa klubunda 5 matçda iştirak edib.