"Arsenal" yaxın gələcəkdə 2022-ci ilin yayında "Mançester Siti"dən komandaya qoşulan müdafiəçi Aleksander Zinçenko ilə yollarını ayıra bilər.

Sport24.az xəbər verir ki, Zinçenkonun "topçular"la müqaviləsinin bitməsinə 2 il qalıb. Klub isə məhz indi qərar verməlidir: müqaviləni yeniləmək və ya futbolçunu satmaq.

Daha əvvəl "Arsenal" bir neçə əsas oyunçusu ilə yeni müqavilələr imzalayıb. Zinçenkoya gəlincə, londonlular hələ ukraynalı futbolçu ilə danışıqlara belə, başlamayıb.

27 yaşlı Zinçenko Premyer Liqanın cari mövsümündə 1 qol vurub, 2 məhsuldar ötürmə edib.