"Arsenal" "Real"ın hücumçusu Vinisius Juniorun komandada qalmasından sonra "Yuventus"un futbolçusu Kenan Yıldızın transferini nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "İndependent" məlumat yayıb.

21 yaşlı futbolçu Artetanın əsas hədəflərindən biridir. "Yuventus"un isə Türkiyə millisinin üzvü üçün 60 milyon funt sterlinqdən yüksək məbləğ tələb edəcəyi bildirilir.

"Arsenal"da Yıldızın transferi qarşılığında Qabriel Martinellinin "Yuventus"a göndərilməsi variantı da müzakirə olunub. Lakin belə bir keçidin reallaşması üçün tərəflər arasında ciddi danışıqların aparılacağı qeyd edilir.