"Rosario Central"ın Libertadores Kubokunda "Korintians"a məğlubiyyəti Anxel Di Mariyanı məyus edib. Sport24.az xəbər verir ki, 38 yaşlı futbolçu görüşdən sonra gələcəyi ilə bağlı qərar verməli olduğunu bildirib.

"Çətin bir dönəmdəyik. Arzum fərqli idi, davam etmək istəyirdim. Amma bu futboldur. İndi düşünməli və bundan sonra nə etmək istədiyimə qərar verməliyəm", – deyə "El Fideo" vurğulayıb.

Di Mariya məğlubiyyətlə bağlı da fikirlərini bölüşüb:

"Çox yüksək səviyyəli rəqibə qarşı böyük mübarizə apardıq. Təəssüf ki, evdə üstünlük qazana bilmədik. Fürsətlərimiz oldu, amma onları qola çevirə bilmədik. Bu gün çox ağrılı şəkildə mübarizəni dayandırdıq. Bizi sona qədər dəstəkləyən azarkeşlərdən üzr istəyirik".

Qeyd edək ki, Di Mariya karyerası ərzində "Rosario Central", "Benfika", "Real", "Mançester Yunayted", PSJ və "Yuventus"da çıxış edib. O, Argentina millisi ilə 2022-ci ildə dünya çempionu olub.