"Kəpəz"in sabiq futbolçusu Olavale Onanuqanın yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Bəhreyində davam etdirəcək.

Nigeriyalı oyunçu bu ölkənin "Əl-Əhli" klubu ilə anlaşıb. Beləliklə, ötən mövsüm "Kəpəz"in əsas fiqurlarından olan Onanuqa karyerasını Azərbaycandan kənarda davam etdirmək qərarına gəlib.

Oyunçu iyun ayında Sport24.az-a açıqlamasında "Kəpəz"in ona yeni müqavilə təklif etmədiyini və Gəncə təmsilçisindən xəbər gözlədiyini bildirmişdi. Lakin tərəflər arasında yeni anlaşma baş tutmadı və nigeriyalı futbolçu yeni klubunu Bəhreyndə tapdı.

Maraqlıdır ki, Olavale Onanuqa ötən mövsüm Qərb klubunun aparıcı futbolçularından biri olub və "Kəpəz"in Premyer Liqada yerini qorumasında önəmli pay sahibi olub. Yarımmüdafiəçi çempionatda 28, ölkə kubokunda isə 2 matçda iştirak edib.