"Qalatasaray" Ermedin Demiroviçin transferi ilə bağlı "Ştutqart"la razılığa gəlməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Yavuz Sabunçuoğlu "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, Türkiyə klubu Bosniya və Herseqovina millisinin 28 yaşlı üzvü üçün 20 milyon avro ödəməyə hazırdır.
Oyunçunun Almaniya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Demiroviç ötən mövsüm bütün turnirlərdə 38 oyunda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçu DÇ-2026-da Bosniya və Herseqovina millisində dörd oyunda start heyətində yer alıb.