Dünya çempionatının ilk turunda Səudiyyə Ərəbistanı ilə qarşılaşan Argentina millisi rəqibinə 1:2 uduzub. Sport24.az xəbər verir ki, bununla da Argentina millisinin məğlubiyyətsizlik seriyası başa çatıb.

Belə ki, cənubi amerikalılar 36 oyun idi məğlub olmurdu.

Argentina sonuncu dəfə 2019-cu ildə Braziliyaya 0:2 uduzmuşdu.