Futbol üzrə Çexiya Super Liqasında mövsümün qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, Praqanın “Slaviya” komandası 30-cu turda “Viktoriya”nı məğlub edərək (5:1), sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

30 turdan sonra 78 xal toplayan “Slaviya” rəqibləri üçün əlçatmaz olub. Praqa təmsilçisi ən yaxın izləyicisi “Yablonets”i 16 xal qabaqlayır.

“Slaviya” ardıcıl 3-cü dəfə Super Liqanın qalibi olub.