Estoniyanın "Payde" klubunun futbolçusu Henri Anyer Konfrans Liqasında "Zirə"yə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları deyib.

 

"Qol epizodunda qarışıqlıq yaranmışdı. Düşündüm ki, zərbə vura bilməsəm belə, çiyin-çiyinə mübarizə aparım, fərq yaradım. Top Çama gəldi və o qol vurdu. Qələbə üçün sevincliyik, bunun dadını çıxaracağıq.

 

Cavab oyunu çətin olacaq. "Zirə"nin böyük qüvvə ilə irəli atılacağını bilirik. İlk 15 dəqiqə daha ağır olacaq. Buna baxmayaraq, komandama inanıram".

 

"Zirə" ilk oyunda 0:1 hesabıyla uduzub. Cavab görüşü iyulun 30-da keçiriləcək.