Ötən mövsümü "Şəfa"nın heyətində keçirən Pərviz Azadov karyerasını "Səbail"də davam etdirəcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, müdafiəçi yeni mövsümdən etibarən Birinci Liqa təmsilçisi "Səbail"in formasını geyinəcək.
Qeyd edək ki, "Səbail" yay transfer pəncərəsində Eltun Turabov, Zeynəddin Abdurahmanov, Kənan Quliyev, Abbas Ağazadə, Cavad Qurbanlı, Vüsal Əliyev, Fuad Bayramov, Ehtiram Şahverdiyev və Ezekiel Morqanı heyətinə qatıb.