Andrea Pirlo Dubayın "Yunayted" klubunun baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, 46 yaşlı italiyalı mütəxəssisin yeni komandası BƏƏ çempionatının Birinci divizionunda çıxış edir.
İtaliya millisinin heyətində 2006-cı ilin dünya çempionu olan Pirlo futbolçu karyerasını 2017-ci ildə başa vurub. Onun son iş yeri "Sampdoriya" olub. Pirlo peşəkar məşqçilik karyerasına 2020-ci ildə "Yuventus"a rəhbərlik edərək başlayıb. Bundan əvvəl isə o, Turin klubunun gənclər sistemində çalışıb.
Pirlo "Yuve"də çalışdığı ilk mövsümdə İtaliya Superkuboku və ölkə kubokunu qazanıb. Sonra Türkiyədə "Fatih Karagümrük"ü də çalışdırıb.