"Real"ın baş məşqçisi Karlo Ançelotti 38 yaşlı hücumameyilli yarımmüdafiəçi Luka Modriç bu mövsümün sonunda futbolçu karyerasını bitirmək qərarına gələrsə, onu məşqçilər korpusuna dəvət edib.

Sport24.az xəbər verir ki, bu barədə məşhur jurnalist Ramon Alvares de Mont sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, xorvatiyalı yarımmüdafiəçi Ançelottinin təklifini yüksək qiymətləndirib, lakin o, futbolçu karyerasını davam etdirmək üçün kifayət qədər gücü olduğuna inanır.

Modriçə hazırda ABŞ və Səudiyyə Ərəbistanı klublarının maraq göstərdiyi vurğulanır. Oyunçunun özü Amerika klublarından birində oynamağa üstünlük verir.