Karlo Ançelotti Mbappenin psixoloji problemlərinin olması ilə bağlı şayiələrə cavab verib. Sport24.az xəbər verir ki, Madrid "Real"ının baş məşqçisi Ançelotti hücumçusu Mbappenin durumu haqda danışıb:

 

"Psixi sağlamlıq problemdirmi? Nə sualdır… Məncə, belə deyil. O, burada olmaqdan xoşbəxt və razı görünür. Bu mövzuda fərziyyələr irəli sürmək hədsiz pis görünür.

 

Bütün böyük hücumçuların pis dövrləri olub. Bu, onu bir az incidə bilər, amma belə deyil. Bu seriya gec-tez bitəcək. Mən onu inamla, bu mənfi hisslərə son qoyacaq möhtəşəm matç oynamaq arzusu ilə görürəm. Onun böyük keyfiyyətləri var və gec-tez onları göstərəcək".

 

Qocaman mütəxəssis hücumun sol cinahı haqqında da fikirlərini bölüşüb:

 

"Mbappenin hücuma ehtiyacı yoxdur. O, mənə və bir çoxlarına hücumçunun necə davranmalı olduğunu öyrədə bilər. O, məndən start 11-də oynamağını istədi. Onun və Vinisiusun meydanda sabit mövqeyi yoxdur. Hamısı oyunun vəziyyətindən asılıdır".