"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun İngiltərə Premyer Liqasına dönəcəyi ilə bağlı xəbərlər yaylıb. Sport24.az İngiltərə mediasına istinadən xəbər verir ki, amerikalı milyarder Dan Fridkin "Everton"u satın aldıqdan sonra Mourinyo hazırkı baş məşqçi Şon Dayçın yerinə namizəd olacaq.
Portuqaliyalı mütəxəssis daha əvvəl İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırıb.
Qeyd edək ki, Mourinyonun çalışdırdığı "Fənərbaxça" hazırda Türkiyə çempionatında "Qalatasaray"dan 3 xal geridədi və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.