"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri İngiltərədə işləyə bilər. Sport24.az xəbər verir ki, mütəxəssis "Vest Hem"in maraq dairəsindədir.

 

Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

 

"Vest Hem"i hazırda Xulen Lopeteqi çalışdırır. Komanda Premyer Liqada ardıcıl iki oyunda uduzub və bu, rəhbərliyi narahat edir. Klub Lopeteqini istefaya göndərsə, onun yerinə əsas namizəd Alleqridir.

 

İtaliyalı mütəxəssis bu ilin mayından işsizdir. Onun son ünvanı "Yuventus" olub.