"Los Anceles" Son Xın Min üçün "Tottenhem"ə rəsmi təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, əgər futbolçu özü Premyer Liqa təmsilçisini tərk etmək qərarına gəlsə, London klubu transferə mane olmayacaq. Yaxın vaxtlarda koreyalı gələcək taleyini müzakirə etmək üçün londonluların rəhbərliyi ilə danışıqlar aparacaq.

 

Qeyd edək ki, Son Xın Min ötən mövsüm "Tottenhem"in heyətində bütün turnirlərdə 46 oyun keçirib, 11 qol vurub və 12 məhsuldar ötürmə verib.