İtaliyanın “Salernitana” komandasına texniki məğlubiyyət verilib.

Sport24.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə sözügedən komandanın 19-cu tur çərçivəsində “Udineze” ilə oyuna çıxmaqdan imtina etdiyi üçün texniki məğlubiyyətlə cəzalandırıldığı diqqətə çatdırılıb. 0:3 hesablı məğlubiyyətə layiq görülən klubun hesabından da 1 xal silinib.

Xatırladaq ki, “Salernitana” dekabrın 21-də keçirilməli olan bu matça heyətində koronavirusa yoluxanların çoxluğunu əsas gətirərək çıxmaq istəməmişdi.

Son qərarın ardından bu komanda hazırda 10 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. “Udineze” isə 23 xalla 14-cüdür.