Cənubi Afrika Respublikasının (CAR) millisi Afrika Millətlər Kubokunda üçüncü yer uğrunda qarşılaşmada Konqo Demokratik Respublikasına qalib gəlib. Sport24.az xəbər verir ki, oyunun əsas vaxtı qolsuz başa çatıb. Penaltilər seriyasında isə CAR güclü olub - 6:5.

 

CAR yığması 2000-ci ildən sonra ilk dəfə mükafatçılar sırasında yer alıb.

 

Qeyd edək ki, Afrika Millətlər Kuboku bu gün keçiriləcək final oyunu ilə başa çatacaq. Turnirin həlledici qarşılaşmasında Kot-d İvuar Nigeriya ilə üz-üzə gələcək.