Fransa Liqa 1-in 6 qat qalibi "Bordo" klubu 1937-ci ildən malik olduğu peşəkar statusunun ləğvi və iflas qərarı üçün məhkəməyə müraciət etdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Bordo təmsilçisi "Liverpul"un sahibi olan Amerika şirkəti ilə danışıqların müsbət nəticələnmədiyi üçün iflas elan edilməsini istəyib. Bundan başqa maliyyə xərclərinin azaldılması üçün futbolçularla müqavilələrə xitam veriləcək və məşq mərkəzləri bağlanacaq.

 

Qeyd edək ki, 1949, 1983, 1984, 1986, 1998 və 2009-cu illərdə Fransa çempionu olan komanda 2023/2024 mövsümünü Liqa 2-də 12-ci yerdə başa vurub.