Badmintonçumuz Keişa Fatimə Zəhra Paris-2024-də mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, idmançı qrup mərhələsindəki ilk oyununda çinli He Bin Çzyao ilə üz-üzə gəlib.

Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə bitib - 0:2 (8:21, 7:21)

 

Keişa Fatimə Zəhra ikinci görüşünü iyulun 29-da keçirəcək.

 

Qeyd edək ki, qrup mərhələsində yalnız birinci yeri tutan badmintonçu növbəti raunda adlayacaq. Paris-2024 avqustun 11-də başa çatacaq.