Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında finalda mübarizə aparıb. Sport24.az xəbər verir ki, B13 kateqoriyasında mübarizə aparan paralimpiyaçı 100 metr məsafəyə brass üsulu ilə yarışıb.

 

Vəli İsrafilov 1:05:35 nəticə ilə üçüncü pillədə qərarlaşaraq bürünc medal qazanıb.

 

Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Paralimpiadasında 3 qızıl, 1 gümüş, 3 bürünc qazanıb.