Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında paraüzgüçü Vəli İsrafilovu bürünc medal qazanması münasibətilə təbrik edib.

 

Sport24.az xəbər verir ki, paylaşımda deyilir:

 

"Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov "Paris-2024" Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr və nailiyyətlər arzulayıram!".