Cəlal Hüseynovun formasını geyindiyi komanda Bolqarıstan çempionatının 2024/2025 mövsümündə ikinci oyunana çıxıb. Sport24.az xəbər verir ki, "Arda"nın qonağı "Krumovqrad" olub. 

 

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qol oyunun 21-ci dəqiqəsində vurulub.

 

Start heyətində yer alan Hüseynov fasilədə əvəzlənib. Millinin də şərəfini qoruyan müdafiəçi 31-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

 

Qeyd edək ki, "Arda" növbəti turda çempion "Lüdoqorets"in qonağı olacaq.