On iki günlük fasilədən sonra bu gün Misli Premyer Liqasında II dövrə start götürəcək. Sport24.az xəbər verir ki, turun ilk qarşılaşması bölgədə keçiriləcək.

 

Autsayder "Kəpəz" lider "Qarabağ"ı qəbul edəcək. Matçın aşkar favoriti heç şübhəsiz ki, Ağdam təmsilçisidi. Ancaq gəncəlilərin ötən tur "Neftçi"ni məğlub etdiyini nəzərə alsaq, "sarı-göylər"dən sensasiya gözləmək olar. 

 

Qeyd edək ki, tura 19 və 20 oktyabr tarixində oynanılacaq matçlarla yekun vurulacaq.

 

Misli Premyer Liqası

II dövrə, X tur

18:00. "Kəpəz" – "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov
VAR: Kamal Umudlu

AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz. Şəhər stadionu,