Azərbaycan Premyer Liqasının ikinci dövrəsində "Sabah"ın ilk oyunu "Neftçi"yə qarşı olacaq. Sport24.az xəbər verir ki, XI tur çərçivəsində baş tutacaq görüş oktyabrın 27-də, saat 17:00-da "Bank Respublika Arena"da keçiriləcək.     Oyunun biletləri artıq satışdadır.     Biletləri etibarən onlayn şəkildə "iticket.az" saytından, həmçinin oyun günü "Bank Respublika Arena"nın kassalarından əldə edə bilərsiniz.