"BonAqua" brendi "Şamaxı" Futbol Klubu ilə əməkdaşlığa başlayıb. Sport24.az xəbər verir ki, belə ki, "BonAqua" "Şamaxı" FK-nın A və akademiya komandalarını su ilə təmin edəcək.

 

Tərəflər bildirib ki, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində də işlər davam etdiriləcək.

 

"Şamaxı" Futbol Klubu 2022-ci ildən Şamaxı şəhərini təmsil edir və ikiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibidir. 2023-2024 mövsümündə Azərbaycan Birinci Liqasının qalibi olaraq cari mövsümdə Preymer liqaya yüksəlib. "Şamaxı" Futbol Klubu 2004-cü ilə kimi Xəzər Universiteti, 2017-ci ilə kimi "İnter", 2022-ci ilə kimi isə "Keşlə" adı altında mübarizə aparıb.