UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Ayaks" (Niderland) oyununa bilet satışı davam edir. Sport24.az xəbər verir ki, görüş üçün 18 500 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

 

Oktyabrın 24-ü saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.