Bakıda "TeamGym" üzrə Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu gün yeniyetmələr arasında ilk mükafatlar oynanılır.

 

Kişilərdən ibarət komandaların yarışının qalibi danimarkalılar olub. Onlar 56.300 xal toplayaraq rəqibləri üçün əlçatmaz olub.

 

İsveç gümüş (53.550), Norveç isə bürünc (52.700) medal qazanıb.

 

Qeyd edək ki, "TeamGym" Avropa gimnastikasının populyarlaşdığı komanda yarışıdır. Yarışa 3 alət üzərində çıxışlar daxildir: "TeamGym" xalçası, akrobatika cığırı və trampet (mini batut).