Bu gün Azərbaycan Basketbol Liqasında 2024/25 mövsümünə start veriləcək. Sport24.az xəbər verir ki, 12 komandanın mübarizə aparacağı çempionatın ilk turu paytaxtda başlayacaq.

 

İlk oyun gününün yeganə matçında "Neftçi" və "Naxçıvan" üz-üzə gələcək. A qrupunun qarşılaşması Bakı İdman Sarayında keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

 

Qarşılaşmadan öncə mövsümün açılış mərasimi təşkil olunacaq.

 

Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq.

 

Azərbaycan Basketbol Liqası
I tur
18 oktyabr

A qrupu
20:00. "Neftçi" - "Naxçıvan"

Bakı İdman Sarayı