"Sabah"ın kişi basketbolçulardan ibarət komandası FIBA Avropa Kubokunun ikinci oyununda Yunanıstan təmsilçisi "Marussi"yə uduzub – 70:82. Sport24.az xəbər verir ki, komandanın baş məşqçisi Rimas Kurtinaytis matçdan sonra fikirlərini bölüşüb:

 

"Marussi" yüz illik tarixi, basketbol ənənələri olan komandadır. Daxili çempionatlarında da yaxşı çıxış edirlər. Son turda Çempionlar Liqasında iştirak edən "Kolossos"u məğlub ediblər. "Norrköping"lə 28, "Spirou" ilə oyunda 38 xal toplayan DeAndre dünən dizində ağrılar hiss etdiyi üçün bu dəfə heyətdə yox idi. Daha öncə Endər zədələnmişdi. Mövcud şəraitdə rotasiya ilə bağlı problemləri nəzərə alsaq, oyunda olan basketbolçularımızın mübarizəsindən razıyam. "Maroussi" bizim qrupun favoritidir. Qarşıda bizi daha 4 oyun gözləyir. Məğlubiyyətə baxmayaraq qrupdan çıxmaq üçün şanslarımız var".

 

"Sabah" ilk matçda Belçikanın "Spiru" komandasına məğlub olub.