İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem portuqaliyalı hücumçu Kriştiano Ronaldo haqda danışıb. Sport24.az xəbər verir ki, Bekhem forvardın çıxışını qiymətləndirib:

 

"Ronaldo oynadığı hər komandada miras qoyub. Ona görə düşünürəm ki, oynadığı müddətdə inanılmaz futbolçu oldu. Əvvəlcə "Mançester Yunayted"də, daha sonra "Real"da möhtəşəm çıxış edib".

 

Ronaldo hazırda "Əl Nəsr"də forma geyinir. O, bu mövsüm 6 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.