Minifutbol üzrə Azərbaycan çempionatında növbəti oyun gününün cədvəli bəlli olub. Sport24.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

 

Oktyabrın 20-də təxirə salınan oyunlardan üçü keçiriləcək. Qarşılaşmalar Bakı Tennis Akademiyasında baş tutacaq.

 

Qeyd edək ki, III turun təxirə salınan "AzNur" – "Zirə" oyununun tarixi hələ dəqiqləşməyib.

 

Azərbaycan çempionatı
20 oktyabr
II turdan təxirə salınan oyun

19:15. "Sumqayıt" – "Laçın"
III turdan təxirə salınan oyun
20:30. "Atəşgah Suraxanı" – "Birbaşa Bakı"
II turdan təxirə salınan oyun
21:45. "AzNur" – "Altay Füzuli"