"Barselona" futbol klubunun prezidenti Xuan Laporta gənc hücumçu Lamin Yamal üçün 250 milyon avro məbləğində təklifi rədd edib. Sport24.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

 

Laporta potensial alıcının adını açıqlamasa da, idman jurnalisti bunun Kilian Mbappenin əvəzedicisi kimi Yamalı nəzərdən keçirən "Pari Sen-Jermen" (PSJ) olduğunu deyib.

 

Qeyd edək ki, 2023-cü ildə 15 yaşında "Barselona"nın əsas komandasında debüt edən 17 yaşlı Yamal tezliklə həm klub, həm də İspaniya milli komandası üçün əsas oyunçuya çevrilib. O, artıq Kataloniya klubu üçün 60-dan çox oyun keçirib və İspaniya yığmasının son Avropa çempionatındakı qələbəsinə əhəmiyyətli töhfə verib.

 

Xatırladaq ki, PSJ 2017-ci ildə "Barselona"dan Neymarı 222 milyon avroya almışdı.