Azərbaycan şahmatçısı Eltac Səfərli Fransada keçiriləcək turnirdə çıxış edəcək. Sport24.az xəbər verir ki, sabah Annemasse şəhərində "Masters"in də yer alacağı festival başlayır.

 

Burada 118 oyunçu, o cümlədən 16 qrossmeyster iştirak edəcək. Turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq.

 

Səfərli iştirakçılar arasında reytinq üzrə üçüncüdür.