"Napoli" futbolçusu Xviça Kvaratsxeliyanı sata bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb.

 

Gürcü futbolçu klubu ilə müqaviləni uzatmağa razılaşmazsa, onunçün təkliflər dəyərləndiriləcək.

 

Kvaratsxeliyanın sözləşməsi mövsümün sonunda başa çatır. Daha əvvəl "Barselona"nın futbolçu ilə maraqlandığı bildirilib.

 

Xviça bu mövsüm 14 oyunda 5 qol vurub.