Azərbaycan millisi UEFA Millətlər Liqasının VI turunda İsveçə böyük hesabla uduzub – 0:6.
Milli komandamızın sabiq futbolçusu Rahid Əmirquliyev Sport24.az-a açıqlamasında məğlubiyyətlə bağlı fikirlərini bölüşüb:
Oyunun favoriti İsveç yığması idi. Xal almağa ümidli idik. Millimizdən yaxşı oyun gözləyirdik, təəssüf ki, alınmadı. Yığmamızın oyunu bərbad alındı. Futbolçuların bu cür çıxışını gözləmirdim. Yığmanın oyunçularında xarakter çatışmırdı. D Liqasına düşməyimiz çox pis oldu, üzülürük. Nəticənin belə olmasını İstəməzdik. Gözləyirdik yuxarı liqaya qalxaq, əksinə endik. Bunu faciə adlandırmaq olar. Çünki ən azından C Liqasında yerimizi qorumalı idik".