İsveçrəli dağ xizəkçisi, ikiqat olimpiya çempionu Mişel Gizin qadınlar arasında Dünya Kubokuna hazırlıq zamanı ciddi xəsarətlər alıb. Sport24.az xəbər verir ki, hadisə cümə axşamı səhər baş verib.

 

32 yaşlı idmançı 110 km/saat sürətlə gedən zaman xizəkdə dayana bilməyib və ikinci təhlükəsizlik toruna çırpılıb.

 

O, hadisə zamanı huşunu itirməsə də, üzündə kəsiklər yaranıb. İdmançı vertolyot vasitəsilə dağdan endirilərək tibb müəssisəsinə çatdırılıb.

 

Qeyd edək ki, isveçrəli idmançı 2018-ci ildə Cənubi Koreyada, 2022-ci ildə Çində keçirilən Qış Olimpiya Oyunlarının qalibi olub.